Gəncədə həyat yoldaşını 6 bıçaqla qətlə yetirən şəxsə 10 ildən çox həbs cəzası verilib.
“Qafqazinfo” xəbər verir ki, Gəncədə bu iyul ayının 8-də həyat yoldaşı Gülzar Həsənovanı altı bıçaqla qətlə yetirməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Sabir Şabanovun məhkəmə prosesi keçirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədirliyi ilə keçirilən məhkəmə prosesinə yekun vurulub.
Hakimin qərarı ilə S.Şabanov 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl qısqanclıq zəminində baş verib.