Müəyyən bir yaşdan sonra sağlamlığınız, hətta həyatınız üçün təhlükəli olan bəzi xəstəliklər barədə məlumatlı olmalısınız. Məsələn, insult.
İnsult hər zaman gözlənilməz hadisədir, odur ki, əvvəlcədən hazırlaşmaq mümkün olmayacaq. Ancaq məşhur inancın əksinə, bədən bu barədə əvvəlcədən xəbərdarlıq edir. Məsələ burasındadır ki, bu xəbərdarlıq əlamətləri o qədər geniş yayılıb ki, biz onları ümumi xəstəlik kimi qəbul edirik.
İnsult nədir?
İnsult – beyin qan dövranının kəskin pozulmasıdır və 2 yerə ayrılır: İşemik (80-85%) və hemorragik (15-20%). İşemik insult arteriyaların tıxanması nəticəsində meydana gəlir, bu da beyində qan dövranının azalmasına gətirib çıxarır. Bu, insultun ən məşhur tipidir. Digər tərəfdən hemorragik insult beyin qan dövranının kəskin pozulmasıdır.
Beyinin damar xəstəlikləri ölüm riskinə görə ürək xəstəliyindən sonra ikinci yer tutur.
İnsult zamanı beyinə gedən qan dövranı kəsilir və ya azalır, bu da oksigenin çatışmazlığına gətirir. Beyinə qidalı maddələrin daxil olması dayanması nəticəsində bu, beyin zədələnməsinə və beyin hüceyrələrinin ölməsinə gətirib çıxarır. Bir çox hallarda ölümə, uzun müddətli əlilliyə və ya iflicə səbəb olur.
Gələcək insultun ümumi simptomları
Bu əlamətlər insultdan bir ay əvvəlcədən də görünə bilər. Bu əlamətləri vaxtında müəyyənləşdirməklə həyatınızı xilas edə, xəstəliyin təsirini əhəmiyyətli dərəcədə azalda bilərsiniz.
Tibb mütəxəssislərin fikrincə, simptomlar insana görə dəyişir. Ancaq insultun ümumi əlamətləri aşağıdakılardır:
1. Davamlı hıçqırıq
2. Zəiflik və huşunu itirmək
3. Miqren və baş ağrıları
4. Təngənəfəslik
5. Ürək döyüntüsünün sürətli atması
6. Halüsinasiyalar
7. Qəfil epilepsiya tutmaları
8. Yorğunluq və zəiflik
9. Şəxsiyyət pozulması
10. Tez-tez xəstələnmək və səhhətin pisləşməsi
11. Bir və ya iki gözdə görmə qabiliyyətinin zəifləməsi
12. Yüksək təzyiq
13. Çiyinlərdə şiddətli ağrı
14. Keyləşmə və qısa paralic
15. Boyun əzələlərinin yumşalması
Sözügedən erkən insult əlamətlərinə diqqət yetirin. Bu simptomlar daimidirsə, dərhal həkimə müraciət edin. İnsultun qarşısını almaq üçün ən asan yol bədənin qan dövranını yaxşılaşdırmaqdır. Bu da o deməkdir ki, sağlam qidalanmalı və məşq etməlisiniz.
Xolesterinini artıran, emal olunmuş qidalar və fast-food kimi məhsullardan qaçın. Bunlar damarları tıxayan əsas maddələrdir. Siqareti tərgidin və həddindən artıq spirtli içkilərdən qaçın. Daha az qırmızı ət yeyin və bədəniniz üçün vitaminlər, antioksidantlar və minerallarla zəngin olan faydalı meyvə və tərəvəzlərə üstünlük verin.
Aytən Məftun