Mərhum ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin haqda film çəkilir.
Kulis.az xəbər verir ki, bu barədə rejissor Kənan Mahmudov sosial şəbəkə hesabında paylaşım edib.
“Qaranlıqdan nura” adlı filmdə Hacı Şahinin obrazını aktyor Tural Ağayev canlandıracaq.
Qeyd edək ki, ilahiyyatçı 2 mart 2023-cü ildə səhər saatlarında ürək tutmasından dünyasını dəyişib.