Hacıbəyovun Şuşadakı yeni heykəli 31 il əvvəlkinin eynisidir – Foto

Hacıbəyovun Şuşadakı yeni heykəli 31 il əvvəlkinin eynisidir – Foto

Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəyovun heykəli ucaldılıb. 

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən Bakı emalatxanasında hazırlanan abidə 1985-ci ildə bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılıb. Mədəniyyət abidəsi üzərində bir neçə heykəltaraş çalışıb.

Sözügedən heykəl görkəmli Azərbaycan şairəsi, III Qarabağ xanının qızı Xan qızı Xurşid Banu Natəvanın malikanəsinin ərazisində yerləşir.

Heykəlin təqdimatı 18 Sentyabr-dahi bəstəkarın doğum günü-Musiqi Günündə baş tutacaq.

Qeyd edək ki, Hacıbəyov heykəli Şuşa şəhərinin işğalı zamanı, 1992-ci ildə ermənilər tərəfindən tamamilə dağıdılmışdı.

Müstəqil.Az

 

 


Share: