Hacıqabul rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 17:56-da Əli-Bayramlı stansiyasından 11 km qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü 3.4 bal, dərinliyi 6 km olub.
Zəlzələ hiss olunmayıb.
Müstəqil.Az