“Hadi-Hamad Al-Hammam” şirkətində işləyən iki dənizçimiz hospitala yerləşdirilib – Təfərrüat

Məlum olduğu kimi, mərkəzi ofisi Səudiyyə Ərəbistanının Rahima şəhərində yerləşən  “Hadi-Hamad Al-Hammam” şirkətinə məxsus “Hadi-41” gəmisində  çalışan iki azərbaycanlı dənizçi səhhətlərində yaranan problemlərə görə hospitala yerləşdirilib.


Müstəqil.Az
  bildirir ki, bu haqda Dənizçilərə Sosial Dəstək İctimai Birliyinə hazırda adı çəkilən şirkətdə liman mühəndisi işləyən həmyerlimiz Fəyaz Rüstəmov məlumat verib.

Onun DSD İB-nə verdiyi məlumata görə özlərini rahatsız hiss edən Azərbaycandan olan  dənizçilər kapitan Vadim Babayev və kapitanın baş köməkçisi Səbuhi Tağıyev avqustun 15 – də gəmidən düşürülərək Kafji şəhərinə gətiriliblər.Dənizçilər  burada tibbi müayinədən və rentgen yoxlamasından keçirilib. Həkimlərin qənaətinə görə hər iki  həmyerlilərimizdə hansısa infeksion xəstəliyin və ya COVİD-19 virusunun olması ehtimaln olunub.   Hər iki dənizçi  Rahima şəhərinə gətirilib və “Guest house”ə yerləşdirilib.

Fəyaz Rüstəmov DSD İB-nə verdiyi son məlumata görə hər iki dənizçimizin müalicəsi davam etdirilir.
“Hazırda mən dənizdəyəm, amma baş köməkçi Səbuhi ilə elə indicə əlaqə saxladım. O, səfirliyimizin onlarla maqraqlandığını, müvafiq işlərin görüldüyünü, müalicənin davam etdirildiyini dedi”.

Fəyaz bəy əlavə olaraq qeyd edib ki, haqqında bəhs olunan “Hadi-Hamad Al-Hammam”  şirkətində həmyerlimiz, liman kapitanı Samir Muradov çalışır.

Elə ilki olaraq dənizçilərimizin səhhəti ilə o maraqlanıb və kömək üçün şirkətə müraciət edib. Hazırda Samir Muradov şirkət tərəfindən “Hadi-41” gəmisinə ezam olunub və o kapitan Vadim Babayevi əvəz edir. Eyni zamanda da dənizçilərimizin səhhəti və durumu ilə mütəmadi əlaqə saxlayır, deyib Fəyaz Rüstəmov.

Müstəqil.Az

Share: