Türkiyəli müğənni Hadisə ölkənin TV8 kanalında yayımlanan “Söylemezsem olmaz” verilişinin aparıcıları Seren Serengil, Bircan Bali və “Arto” kimi tanınan Harutyan Dalğanı məhkəməyə verib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb həmin verilişdə Hadisənin iş adamı Rza Zərrabla sevgili olduğu iddialarının səsləndirməsidir.
Bildirilib ki, verilişdə Hadisə haqqında qeyri-etik ifadələr işlənib.
İstanbul Respublika Prokurorluğu tərəfindən 3 şübhəli barəsində ayrı-ayrılıqda araşdırmalar aparılmağa başlanılıb.
İstintaq çərçivəsində ifadəsi alınan Seren Serengil Rza Zərrab və Hadisədən mesajlar aldığını, bunların doğruluğunu təsdiqləmək üçün Zərrabın vəkilinə zəng etdiyini iddia edib.
O, xəbər və mesajların həmin vəkil tərəfindən təsdiqləndiyini söyləyib.
Bircan Bali və “Arto” isə mövzuya münasibət bildirdiklərini və birbaşa Hadisəni hədəf almadıqlarını deyərək ittihamları rədd ediblər.
İddialar təsdiqini taparsa, Seren Serengil 4 il 8 ay, Bircan Bali və “Arto” isə 3 il 6 ay həbs cəzası ala bilərlər.
Şübhəlilər yaxın günlərdə İstanbul Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.