Ramazan bayramının ikinci günündə Şimali Kipr Türk Cümhuriyyətində səhnəyə çıxan Türkiyənin məşhur müğənnisi Hadisə müsahibəsində onu sevənləri üzəcək etiraf edib.
Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı müğənni yaddaş xəstəliyinə tutulduğunu bildirib.
Hadisə B12 vitamini olan həbləri mütəmadi qəbul etdiyini deyib.
Onun sözlərinə görə, xəstəliyi barədə illərdir yalnız yaxınları bilirdi.