Hafiz ATAXANLININ doğum gününə

Hafiz ATAXANLININ doğum gününə

TƏBRİK MESAJI
O adam həm sadə, həm də sadə olduğu qədər də mürəkkəbdir. Duyğuları, düşüncələri, həyata, insanlara baxışı, dünyəvi nəsnələrə biganəliyi ilə seçilir.

İnsanın geni, qanı, onun haqqında şox şey deyir. “Gen” sözü həm də uzadan gələn anlamında işlənir bəzi bölgələrdə. O, da Sumqayıtın halalıq, saflıq rəmzi sayılan gözəl yazıçı, publisist, sözünün, qələminin kölgəsinə deyil, işığına sığınan Feyzi Mustafayevin genetik kodlarının daşıyıcısı və davamçısıdır.
Qəribə, bənzərsiz adamdır.Bu bənzərsizlik onun dünyaya gəldiyi gündən – anatomik qurluşunda özünü büruzə verib.Yəni o tibbdə deksrtakardiya deyilən hadisəinin barmaq hesabı qədər sayılacaq tək- tük nümunəsidir. Ürəyi sağda, qaraciyəri solda və bütün orqanları 180 dərəcə öz orbitindən çıxmış vəziyyətdədir.
Dili qəlizdir. Onu anlamaq çox çətindir. Çünki o hamının danışdığı sadə, bəsit dildə danışmır. Dilin, düşüncənin alt qatına yenir və öz oxucusunu da o fəlsəfi qata yendirir.Əgər yenə bilsən…
Onun hekayələrini oxuyan məhəlli ədəbiyyatdan bir addım qabağa gedə bilməyən, burnunun ucundan o tərəfi görməyən adamların qarşısına sual işarəsi kimi çıxır həmişə. Çünki o, məhəlli düşünmür, məhəlli ədəbiyyat yaratmır.
Paytaxtda və şəhərimizdə mədəniyyətimiz və ədəbiyyatımız üçün gördüyü işlərin, elədiyi xidmətlərin sayı- hesabı yoxdur.Onun hekayə və ssenariləri ilə tanış olan, ssenariləri əsasında çəkilmiş filmləri izləyən türk aydınları: “Bu adam nə qədər intellekt sahibidir, elmli biridir”,- deyə daim onunla maraqlanıblar, zəkasına heyran qaldıqlarını bildiriblər. Hətta içlərindən onu türkiyəyə aparmaq istəyində olanlar da olub.
Bu il Sumqayıt Dövlət Dram Teatrında onun ssenarisi əsasında iki tamaşa səhnəyə qoyuldu. Tamaşaçılar , bütün zal ayaqüstə alqışlarla qarşıladı. Azərbaycanın uğruna sevinənlərin, onun uğruna necə sevindiklərinin şahidi olduq.
Bu yaxınlarda isə dahi Nizaminin “Xəmsə”sinin motivləri əsasında ssenari müəllifi olduğu “Xəzinə” adlı ikinci tamaşasını yenə də böyük insan axınının ayaqüstü alqışlaması onun böyük istedadından və vətəninə, ədəbiyyatına, mədəniyyətinə olan böyük sevgisindən xəbər vermirmi?!
Böyük düşüncələr yiyəsidir. Dünyanı, Yer kürəsini vətən bilən qələm sahiblərindəndir. Buna görə də dünyada, Yer üzündə gedən proseslərə biganə qala bilmir. Çox şey onu narahat edir.
Səbirlidir, amma haqsızlığa qarşı barışmazdır, amansızdır. Halal adamdır. Çünki mayası halallıqla yoğrulub.
Bu gün onun dünyaya gəldiyi gündür. təbrik edir, cansağlığı, işlərində və yaradıcılığında uğurlar arzulayıram.
Gülnarə Cəmaləddin

Share: