ABŞ dövlət katibi Entoni Blinken Ankarada rəsmi səfərdədir.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Blinken səfəri çərçivəsində Türkiyənin XİN rəhbəri Hakan Fidanla danışıqlar aparacaq.
Tərəflərin görüş zamanı Qəzzadakı vəziyyət, regional məsələlər, eləcə də iki ölkə arasındakı münasibətləri müzakirə edəcəyi gözlənilir.
***
“Anadolu” agentliyinin məlumatına görə, Hakan Fidanla Entoni Blinken arasında görüş keçirilib.