Hakan Fidan Blinkenlə görüşüb – YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ölkədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü olub.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş başa çatıb.

İstanbulda baş tutan görüşdən sonra açıqlama verilməyib.

Türkiyə XİN-in X hesabında açıqlanan məlumatda bildirilib ki, görüşdə Qəzzadakı durum, insan itkisi, İsveçin NATO-ya üzvlüyü və regiondakı vəziyyət barədə müzakirələr aparılıb.

***

13.41

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ölkədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü başlayıb.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra Blinkenin prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken ötən axşam Türkiyəyə səfərə gəlib.

Share: