Hakan Fidan: “Türkiyə Fələstin-İsrail münaqişəsinin tərəfləri ilə danışıqlar aparır”

Hakan Fidan: “Türkiyə Fələstin-İsrail münaqişəsinin tərəfləri ilə danışıqlar aparır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Fələstin-İsrail münaqişəsinin tezliklə həlli üçün tərəflərlə fəal danışıqlar aparır.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Münaqişənin mümkün qədər tez həlli üçün tərəflərlə fəal danışıqlar aparırıq. Dialoq bir neçə istiqamətdə aparılır. Birinci məqsəd Qəzzada insan dramına son qoymaqdır. Biz həmçinin münaqişənin həlli istiqamətində işləyirik: Atəşkəs, humanitar yardımın göstərilməsi, əsirlərin mübadiləsi məsələləri”, – nazir bildirib.

Mənbə: TRT

Share: