İkinci Qarabağ Müharibəsi göstərdi ki, ANALARIMIZ Vətən uğrunda canından keçməyə hazır olan igid oğullar yetişdirib.
İndiki hakimiyətin ordu quruculuğu və bu müharibəyə zəmin yaradan xarici siyasəti də bəyənilsin.
Keçək əsas məsələyə.
Mühaibə dövründə uçuq-sökük daxmalara gələn şəhid tabutları hakimiyətin bərbad sosial siyasətinin biabırçı mahiyətini üzə çıxardı.
Yəni, ölümün üstünə gedən canavar oğulları ANALAR o kasıb daxmalarda böyüdürmüş.
Demək, büdcəni soran yekəqarın nazirlərin, millətdən bixəbər millət vəkillərinin, milyardlıq yaxta yarışına çıxan məmurların o daxmalardan heç vaxt xəbəri olmayıb.
O kasıb balaları sizin mamauşaqlarının da əvəzinə vuruşub canından, sağlamlıqından, gözlərindən, əllərindən, ayaqlarından keçdilər.
Yenə də mərdi-mərdana “VƏTƏN SAĞ OLSUN!” dedilər.
Bəs, sizin vicdanınız heçmi tərpənmir?!
Nə üçün indiki postmüharibə dönəmində şəhid ailələri, yaralı qazilərimiz maddi çətinliklər içində əzab çəkməlidi?
Nə üçün onlar sosial şəbəkələrdə kart açıb maddi kömək diləmək məcburiyətində qalmalıdı?
Ermənini sındıran, düşmənin boğazını gəmirən o canavarları nə üçün ən primitiv ehtiyaclarla sınağa çəkirsiniz?
Çoxusu da qürurundan yenə də öz daxmasında çürüməyinə davam edir, nə üçün?!
O igidlərin xilas elədiyi Dövlət hardadı?
Bayrağını qanı ilə yüksəldib uca tutduğu Dövlət hardadı?
Güllələr altında çiyninə alıb döyüş bölgəsindən çıxartdığı Dövlət hardadı?
Şəhid ailələrinin və qazilərin problemlərini həll etmək üçün daxildə və xaricdə yaşayan imkanlı Azərbaycanlılara səslənən fondun yaradılması nə üçün bu qədər gecikir?
Qısası!
Hakimiyət özünü toparlayıb sosial siyasətini yenidən qurmalıdı.
Çünki, təkcə müharibə iştirakçıları deyil, ümumilikdə xalqın durumu ağırdı.
Hakimiyət bilməlidi ki, birinci, və ya axırıncı müharibə olmur.
Müharibə hər zaman hər yerdə gözlənilir.
Evlərdə böyüyən bugünkü uşaqlarımız sabahın əsgərləridi.
Ona görə hər bir ailənin rifahı haqda düşünülməlidi.
Xalqı bir-iki səxavətli iş adamının öhdəliyinə buraxmaq biabırçılıqdı.
Kəmaləddinin, Rövnəqin, Cavidin törəmələrini qorumaq üçün kasıb balaları normal evlərdə normal qidalanıb sağlam böyüməlidi.
Həkimiyət təcili olaraq ölmüş sosial proqramını sıfır nöqtəsindən ayağa qaldırmalıdı.
Xalqımızın normal rifahı üçün ölkənin sərvəti beş dəfə artıqdı!!!