” Hamıdan çıxıb getməkmiş ömür” – Vüsalə Süleymanova yazır…

” Hamıdan çıxıb getməkmiş ömür”
Mövzuya toxunmaq çoxdankı fikrimiydi. Amma, elmi və ya bədii tərəfdən başlayıb başlamamaq arasında get gəldəydim. Düşündüm, ikisi bir arada daha məqsədyönlü olar və sonda bu alındı. Fikrimin hansı qədərini çatdıra bildim, bunu oxuyanlar təyin edəcək…
Yapon Prof. Masaru Emoto su üzərindən səsin təsirin araşdırıb və son nəticə bu olmuşdur ki, qulağa xoş gələn səslər insan üzərində pozitiv təsir göstərir. Eyni zamanda xoşbəxtlik, əhval ruhiyyə hormonu olan serotoninin aktivləşməsini tənzimləyir…
Müşahidələrimdən gəldiyim nəticələrdən biri budur ki, bəyənib bəyənməmək zövq məsələsi olsa da, zövqün yaradıcısı göz və qulaqlarımız, onların beyinə ötürdüyü siqnallardır. Keçim mətləbə…
Onlarla bədii qiraətçilər var. Onlardan neçəsi bizə xoşbəxtlik verə bilib, ruhumuzu dinləndirməyi bacarır? Və niyə?( bu niyənin cavabı, elə bu yazının əsas mahiyyətidir)

Təbii ki, söhbət gənc qiraətçilərdən gedir. Qiraətdə xarakter, özünü yarada bilmək hər qiraətçiyə xas olmur. Və əksəyiyyətinin monotonluğu insana yorucu, bezdirici təsir bağışlayır. Qiraət, şeir səsləndirmək deyil. Qiraət, şeiri həm yaşamaq, həm yaşatmaq deməkdir. Gənc qiraətçilərdən ilk beşlikdə olanlardan biri, dənizin adaşı , Xəzər Süleymanlıdır. Son zamanlar səsini getdiyimiz müxtəlif yerlərdə eşitdiyimiz, üzünü müxtəlif kanallarda gördüyümüz

Xəzər Süleymanlı

Bir çox dost və tanışlarla bu haqda müzakirələrimiz olub . Xəzərin bu qədər sevilmə, qəbul edilməyin çox çətin olduğu bu toplumda asan və rahat qəbul edilməyinin səbəbi nə oldu? Onlardan bir neçəsinin fikirlərini olduğu kimi sizlərə təqdim etmədən əvvəl öz fikrimi yazmaq istədim..

Xəzər, qiraətçi olmadan öncə, şair oldu. Şair olmadan öncə dinləyici oldu. Dinləyici olmadan öncə isə, ruh adamı…
Hə, bir də unutmadan deyim( çox unutqan adamam)) hələ bu, Xəzərin özüdür, özündən iki dəfə böyük Xəzərsə( ruhu boyda olan adam) hələ susur, o danışarsa………….
Könül Nəcəfova(dinləyici)
Xəzər Süleymanlıya əvvəla bir insan kimi çox böyük hörmət və rəğbətim var. Bəlkə də əvvəllər heç bəyənmədiyim şeirləri onun ifasında sevdim. Və düzü, ifasını hər dinləyəndə çox təsirlənirəm. Uğurlar arzu edirəm…
Gülnarə Məmmədova( dinləyici)
Mən də poeziya həvəskarıyam,gözəl əsərləri dinləməyi sevirəm.Çox əsərləri çoxlarının səsində sevdim.Təsadüfü bir gündə qarşıma bir şerin ən anlamlı cümləsi çıxdı və bu qeyd mənim diqqətimi çəkdi.Səhifəyə daxil oldum və şeirlər dünyasında itib batdım.Mən də hamı kimi dinlədiyim şeirin hər misrasında özümü tapdım,qəlbimdəki gizli qalan dilə gəlməyən hisslərin bu şeirlərdə var oluşuna heyran oldum.Amma necə??Təbii ki,şeirləri onun səsində lap çox bəyəndiyim Xəzər bəyin sayəsində.Seçdiyi musiqilərlə səsləndirdiyi bütün şeirləri təkrar təkrar dinlədiyim Xəzər bəy.Səsilə şeirlərə can verən,onları böyük dinləyici kütləsinə möhtəşəm şəkildə təqdim edən Xəzər bəy.Sizi dinləmək mənə elə Xəzərin sahilində bəzən sakit,bəzən çılğın sularına daş atıb rahatlaşan,bəzən Xəzərin sahilindəki qumlarda öz düşüncələrini qırılmış ağac budağıyla əks etdirən birinin yaşadığı hisslərinə bərabərdir,yəni son zamanlarda məni ruhən sakitləşdirən Xəzərin səsində dinlədiyim şeirlərdir…
Nərmin Əliyeva Rüstəmli( dinləyici)
Mənə görə hər zaman bir şair ,muğənni,aktyor və s. sənət adamlari üçün önəmli olan,onları izləyənlərin,onları sevənlərin zövqü,onların sənətinə qarşı yanaşma tərzi çox önəmlidir.Milyonlarla baxış sayı ola bilər ,amma,onu ürəkdən hiss edən ,onu düşünə bilən çox az olur.Əsas olan say deyil ortada olan keyfiyyətdir .Hər zaman var olasınız ,siz ürəklərdə trendsiniz inşaAllah ki ,istediyiniz trendlərə də yüksələsiniz
Orxan Dadaşov

( qiraətçi-dinləyici)

 

Xəzər şeirlə səmimiyyət arasında qarşılıqlı vəhdət yaradır..Bu Xəzərdə o qədər gözəl alınır ki, hətta onunla dost kimi danışanda belə onun danışığı şeiri xatırladır adama.Düşünürsən Xəzər söhbət edəndə də şeir deyir.
Bax bu poeziyanın irəli getməsi üçün mühüm amildir.Çünkü Şeirlər o vaxt şöhrət qazanır ki,insanların həyat tərzinə,danışığına, və həmçinin söz ehtiyatının artmasına təsir edə bilir.Düşünürəm Xəzər Qiraətçi kimi uzaq görəndir,onun hədəfi kütləni razı salmaq deyil,onu hədəfi kütləni ədəbi irsimizin arxasıyca aparmaqdır.Bu qədər.
Ümüd Abbas Nihani

( şair-qiraətçi-aktyor)

 

Xəzər bu gün ən tanınan və ən sevilən bir neçə qiraətçidən biridir. Əslində onun tanınmağı bütün şeir adamlarının mənafeyidi. Ən azından şeir sevməyən adamlar tanıdım ki sırf Xəzərin səsini sevir deyə ona qulaq asa-asa şeir dinləmək vərdişinə sahiblənib. Xəzər də əslində uğurun yolunu bilən bir qiraətçidi. O insanların nəyə ac olduğunu bilir və “Menyu”sunu ona görə hazırlayır. Bu çox gözəl bir müşahidədir. Xəzərin keyfiyyətli işləri bütün Azərbaycan ədəbiyyatı naminə atılan addımdır. Çox güman ki bunu o özü də anlayır və buna görə də bu işə bu qədər ciddi yanaşır. Daha böyük uğurlar arzu edirəm.
Bunlar, Xəzərin qiraəti haqda topladığım fikirlərdən çox az bir hissə. Tutduğu yolda Xəzərə uğurlar diləyirəm və son olaraq vurğulamaq istədiyim budur ki:
Normaĺ eşitmə imkanı maksimum 120-130 desibeldir. 200 desibeldən çox olan səs isə insanın ölümü ilə nəticələnir. Şeir üzərindən səs diapazonun yoxlayan qiraətçilər, imkan verin yaşayaq
Vüsalə Süleymanova
Müstəqil.Az
Share: