Əvvəllər özünü xərçəng xəstəsi kimi göstərən Cənubi Koreyalı 33 yaşlı müğənni Çoi Sunq-bonq intihar edib.
Kulis.az xəbər verir ki, bu barədə The Hollywood Reporter məlumat yayıb.
İfaçı öz mənzilində ölü tapılıb. O, ölümündən əvvəl “Axmaq səhvimə görə hamıdan səmimi qəlbdən üzr istəyirəm” sözlərini deyərək video çəkib və “Youtube” kanalına yükləyib.
Çoi Sunq-bonq 2011-ci ildə “Koreyanın istedadları var” filmindəki təsirli performansı ilə “Koreyalı Paul Pots” kimi şöhrət qazanıb. Bu şöhrəti qazanmazdan öncə Sunq-bonq fəhlə işləyirmiş.
2021-ci ildə müğənni dələduzluqda mühakimə olunub. O, xərçəng xəstəliyindən əziyyət çəkdiyini iddia edərək pul toplama kampaniyasına başlayıb. Ölümündən əvvəl o, dələduzluq yolu ilə yığdığı pulların hamısını geri qaytardığını da deyib.