Haqq nazilər, lakin üzülməz!
Bu atalar sözü öz təsdiqini bu gün ədalətli mübarizəsini sübut edən Azərbaycan xalqının, onun müdrik rəhbərinin uzaqgörən siyasətində nəinki öz əksini tapdı, hətta ölkə başçımızın qətiyyətində bu ədalətin möhkəmlənməsi də bütün dünyaya bəlli oldu.
Torpaqlarımızın nəyin bahasına olursa olsun işğal altından təmizlənməsi üçün Ali Baş Komandanımızın apardığı düzgün siyasət və məntiqli çıxışları nəticəsində ilk növbədə ölkədə fəaliyyət göstərən siyasi partiyaları da (xalqın mənafeyindən çox öz şəxsi mənafelərini üstün tutan ermənipərəst Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyaları istisna olmaqla)öz birliyini nümayiş etdirərək Prezidentimizin ətrafında birləşərək birgə bəyanat imzalamışlar. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır, Azərbaycan xalqının haqq yolunda olduğunu, ədalətli mübarizə aprdığını bir daha nümayiş etdirir.
Möhtərəm Prezidentimizin xalqımızı mübariz ruhda birləşdirən müdrik siyasəti,Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Belə bir tarixi dövrdə haqq və ədalət uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.
Hamımız bir amal üçün yaşayırıq – Azərbaycanımızın ərazi bütövlüyünü bərpa etmək amalı ilə.
Möhtərəm Prezidentimizin tutarlı faktlarla Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü titanik fəaliyyəti bütün xalqımızla bərabər Lənkəran Dövlət Universitetinin bütün pedaqoji, texniki heyətinin və çoxminli tələbə ordusunu da ruhlandırmışdır. Biz mhər zaman Cənab Prezidentimiz, Ali Baş Komandanımızın yanındayıq, onun bütün tapşırıqlarını yerinə yetirmək əzmindəyik. Qələbə bizimlədir, Cənab Ali Baş Komandan!
Dosent Kamran Kazımov
Lənkəran Dövlət Universitetinin Sosial məsələlər üzrə prorektoru,
YAP ərazi ilk Partiya təşkilatının sədri.
Müstəqil.Az