Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü və sədrliyi ilə bu dəqiqələrdə siyasi partiya rəhbərləri ilə “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” mövzusunda videokonfrans formatında görüş keçirilir. Mən də MHP-nin sədri olaraq bu görüşə qatılmışam. Birazdan çıxış edəcəyəm.
Sentyabrın 27-də səhər saatlarından Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalini, kəndləri, şəhərləri, infrastruktur obyektlərini hədəf alaraq artilleriya atəşinə məruz qoymasını birmənalı şəkildə pisləyirik. Qoy Ermənistan hakimiyyəti və Emmanuel Makron kimi ermənipərəst liderlər bilsinlər ki, düşmənin hücumlarının, təxribatlarının qarşısı sonuncu erməni əsgəri torpaqlarımızı tərk edənə qədər Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.
Ölkədə milli həmrəylik və siyasi dialoq mühiti mövcuddur və bu siyasi münasibətlərin bundan sonra da davam edəcəyinə inanırıq. Hamımız bir nəfər kimi Ordumuzu və Ali Baş Komandanımızı dəstəkləyirik!
Əlisahib Hüseynov –
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Müstəqil.Az