Banqladeşdə yaxınlaşan Hamoon siklon qasırğası nəticəsində insan tələfatının qarşısını almaq üçün 1,5 milyon insan riskli ərazilərdən təxliyə edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Banqladeşin Fəlakətlərin İdarə Edilməsi və Yardım Naziri Enamur Rahman mətbuata açıqlamasında danışıb.
O, siklon tufanının gecə saatlarında başlayıb sabah səhərə qədər Banqladeş sahillərindən keçəcəyi ehtimalının olduğunu qeyd edib.