Hanı erməni “aslanlar”? Dəbilqəni atıb qaçdılar – Xlopotov

Hanı erməni “aslanlar”? Dəbilqəni atıb qaçdılar – Xlopotov

Bakıda Hərbi Qənimətlər Parkı açıldı və hamının diqqəti oraya yönəldi. Bu mənada 22 iyun 1943-cü ildə Moskvada açılmış analoji sərgini xatırlamaq pis olmaz idi.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Xlopotov bildirib.

“Moskvada bu muzey açılanda hələ müharibə gedirdi. Amma sovet xalqı artıq öz qələbəsinə əmin idi. Azərbaycan xalqı 30 il erməni işğalına dözüb, ermənilərin azərbaycanlı dinc əhalisi üzərində yaşatdığı soyqırımı 30 ildir qəlbində daşıyıb. Nəhayət, qələbə! Özü də təmiz, total, dürüst qələbə! Niyə onda Azərbaycan xalqı belə bir sərgi şəklində bu qələbəni əbədiləşdirməsin?” – deyə müsahibimiz qeyd edib.

Onun sözlərinə görə, ermənilərin isteriyasını başa düşmək olar:

“Onlara döyüş zamanı dəbilqələrini atılıb qaçan əsgərlərini yada salmaq, yandırılmış texnikalarına baxmaq, həlak olmuş əsgərlərini xatırlamaq çətin və xoşagəlməzdir. Ancaq bu, erməni əsgərlərinin kəllələri deyil. Amma biləsiz ki, ermənilərin vəhşiliklərindən sonra Bakı dəbilqə sərgisi yox, kəllə sərgisi də edə bilərdi. Lakin bu, artıq bir şeydir. Azərbaycan heç vaxt vəhşilik etməyib.

Bilirsiz nədən bu muzey mövzusu ermənilərə bu qədər pis təsir edib? Axı ermənipərəst mətbuat müharibədən əvvəl erməni əsgərlərinin obrazını “qüdrətli aslanlar” kimi təqdim edirdi. Bəs necə oldu bu “aslanlar” qorxaqcasına dəbilqələrini atıb qaçdı? Məgər Ermənistanda bilmirdilər ki, Azərbaycan öz əzəli torpaqlarını qaytarmaq əzmindədir? Bilirdilər. Onlar əla bilirdilər ki, Bakı milyonlarla pulu təkcə təhsilə, tibbə deyil, həm də silah alınmasına, öz ordusunun təlimlərinə xərcləyib. Bəs onda ermənilər öz əsgərlərinin ərzaqlarını nyə oğurlayırdılar? Ermənilər nə üçün ordu hazırlamaq əvəzinə Moskvada bazarlar və supermarketlər tikirdilər? Nə üçün daim silahlı təxribatlar törədirdilər? Ermənilərin incikliyi üçün bəhanəsi var, ancaq bu inciklik Azərbaycana qarşı yox, özlərinə olmalıdır.

Nə baş verdiyinə baxın – atəşkəs haqqında razılaşmadakı mürəkkəb qurumağa macal tapmamış, azad edilmiş Azərbaycan ərazisində ermənilərin silahlı diversant dəstələri peyda oldu, bütün erməni interneti isə revanş haqqında yazmağa başladı. Baxın indi, cənab revanşistlər, həmin bu qəbilqələrə diqqətlə baxın. Ermənistan yaddan çıxarmamalıdır ki, əgər yenidən Azərbaycan xalqına qarşı qalxarsa, aqibəti nə olacaq. Heç nə, sadəcə muzeyin eksponatları çoxalacaq”.

Əli Məmmədov

Share: