ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden 2019-cu ildə çinli investor Li Syan Şendən atası Co Baydenə ünvanlanmış 250 min dollardan çox pul alıb.
Bunu Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer deyib.
“Co Bayden ailəsinin heç vaxt Çindən pul almadığını deyib. Biz artıq bu il bunun yalan olduğunu sübut etmişik. İndi biz bilirik ki, Pekindən gələn iki teleqramda alıcı ünvanı kimi Baydenin Uilmiqtondakı evi göstərilib”, – deyə Komer bildirib.
O, əlavə edib ki, Co Bayden oğlunun oxşar maliyyə əməliyyatları haqqında bilirdi. 2022-ci ildə ABŞ prezidenti Linin oğlu Braunun Universitetində oxuması üçün tövsiyə məktubu yazıb. O da məlumdur ki, Hanter Bayden çinli həmkarı ilə söhbəti zamanı telefonu yüksək səsli rejimə keçirməklə atasını da söhbətə qoşub.
Bundan əvvəl məlum olub ki, Hanter Bayden atası vitse-prezident olduğu müddətdə potensial biznes tərəfdaşları və xarici investorları cəlb etmək üçün ona dəfələrlə zəng vurub O, iş görüşlərinin dörddə birindən çoxunda atasından vasitə kimi istifadə edib.
Mənbə: TASS