Oktyabrın 20-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” Studiyasının istehsalı olan “Haqq aşığı” sənədli filminin premyerası keçiriləcək.
Kulis.az xəbər verir ki, Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş ekran əsərinin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Əməkdar incəsənət xadimi Nizami Abbas, təsvir rejissoru Üzeyir Abbas, rəssamı Şahin Həsənli, musiqi tərtibatçısı Azər Hacıəsgərli, məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının dosenti Fəxrəddin Salim, prodüseri Nazim Hüseynovdur.
Filmdə Aşıq Ələsgər obrazını aşıq Təbriz Vəliyev canlandırıb.
Çəkilişləri Türkiyənin Qars şəhərində, Bakı, Gədəbəy, Qazax, Kəlbəcər və başqa yerlərdə aparılan filmdə Dədə Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə edilib.