Futbol üzrə Ukrayna çempionatının 9-cu turunun “Krivbas” və Kirovoqrad vilayətinin “İnqulets” komandalarının qarşılaşması hava hücumu xəbərdarlığı səbəbindən dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, Kiyevdəki “Olimpik” stadionunda baş tutan matç ilk hissə gedərkən yarımçıq qalıb.
Həmin vaxt hesab 0:0 olub. Daha sonra oyun qaldığı yerdən davam etdirilib və yekunda “Krivbas” 2:1 hesabıyla qalib gəlib.
Qeyd edək ki, ötən gün Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Daha öncə də Ukraynada bir neçə futbol matçı oxşar xəbərdarlıqlara görə yarımçıq dayandırılmışdı və bir neçə cəhddən sonra sona çatdırılmışdı.