Hava limanına gələnlər uçuş cədvəlinə baxanda maraqlı bir reysin məlumatları ilə rastlaşıblar. Başqa reyslər kimi onun da uçma, enmə vaxtı dəqiq göstərilmişdi, amma adamları təəccübləndirən enmə məkanı oldu.
Moderator.az İsrail mətbuatına istinadən xəbər verir ki, paytaxt Tel-Əvivin Ben-Qurion beynəlxalq hava limanında Aya uçuş haqqında məlumatlar hamını təəccübləndirib. Məlum olub ki, İsrail tarixi hadisəyə hazırlaşır: bu axşam “Bereshit” kosmik aparatı Yerin təbii peyki Ayın səthinə enəcəkdir.
Onlayn-cədvəldə enmə zamanı saat 22:00 göstərilib.
Qurğu Ay səthinə enəndən sonra fotokadrlar çəkib Yerə göndərəcək.
Aparatın son manevrləri YouTube-da və Twitter-də İsrail lunar rover tərəfindən onlayn yayımlanacaq.
Qeyd edək ki, İsrail ABŞ,Rusiya və Çindən sonra dördüncü ölkədir ki, Ay səthinə enən öz qurğusunu göndərib.
Müstəqil.Az