“Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur”.
Bunu Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova deyib.
O bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir:
“Dispers toz hissəcikləri Nizami rayonunda 1,2, Səbail rayonunda 1,1 dəfə normadan yüksək qeydə alınıb. Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti gün ərzində davam edəcək”.