Havay ştatında “Kilauea”vulkanı püskürdü…Bir neçə rayonlarda təxliyə aparılır

ABŞ-ın Havay ştatında “Kilauea” vulkanı oyanıb.

Vulkanın püskürməsi ilə əlaqədar artıq bir neçə rayonda əhalinin məcburi təxliyəsi aparılıb. Sakinlərə gün ərzində yaşadıqları yerləri tərk etmək tapşırığı verilib.

Qeyd olunur ki, “Kilauea”nın püskürməsi ilə əlaqədar Havay adalarının bəzi bölgələrində fövqəladə vəziyyət elan olunub.

Share: