Ukrayna Prezidenti Volodimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya hazırda ayrı yaşayırlar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Y.Zelenskaya İsrailin “The Jerusalem Post” qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, buna səbəb təhlükəsizlik tədbirləridir. O bildirib ki, Zelenski öz kabinetində gecələyir, o isə hər gün uşaqlarının yanına geri dönür: “Bəxtimiz gətirərsə, ofisdə nahar zamanı görüşürük. Hazırda özümüzə boş zaman ayıra bilmərik”.
Öz gündəlik qrafikindən danışan Ukraynanın birinci xanımı qeyd edib ki, onun səhəri xəbərlər oxumaqla başlayır. Gün ərzində isə ofisdə müxtəlif layihələr üzərində işləyir, müsahibələr verir, eləcə də telefon danışıqları aparır.