Xəbər verdiyimiz kimi, Kanadada hazırda davam edən meşə yanğınları səbəbindən ABŞ-nin Nyu-York şəhəri və ətrafında havanın keyfiyyəti aşağı enib.
“Qafqazinfo” xarici mediaya istinadən məlumatına görə, Nyu-York tüstü səbəbindən dünyanın havanın ən çirkli olduğu şəhəri olub.
Hazırda şəhərin havası sağlamlıq üçün çox zərərli hesab edilir.
Dövlət məktəblərində açıq havada keçirilməsi planlaşdırılan bütün tədbirlər ləğv olunub. Bununla yanaşı, Nyu-York ştatının sakinlərinə 1 milyon “N95” tipli maska paylanılacaq.