“Heç kəs Soledarı tutmayıb, tam nəzarət Ukraynada da deyil”

“Heç kəs Soledarı tutmayıb, tam nəzarət Ukraynada da deyil”

“Soledarda döyüşlər davam edir. Əraziyə heç kim nəzarət etmir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

Onun sözlərinə görə, heç kəs Soledarı tutmayıb:

“Təəssüf ki, tam nəzarət Ukraynada da deyil”.

Xatırladaq ki, dünən Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qruplaşmanasının sözçüsü Sergey Çerevatıy Soledar şəhərinin Rusiya ordusunun nəzarəti altına keçməsi barədə məlumatı təkzib etmişdi.


Share: