İsrail hərbçiləri Qəzza zolağında keçirilən əməliyyat zamanı HƏMAS-a bağlı hava qüvvələri bölmələrinin beş komandirini öldürüb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həqari bildirib.
“Oktyabrın 7-də dəhşətli hücumda iştirak edən HƏMAS-ın beş yüksək rütbəli Hərbi Hava Qüvvələri əməliyyatçısını məhv etdik”,- Həqari qeyd edib.