HƏMAS-ın silahlı qanadının saytı Rusiya hostinqinə keçib

HƏMAS-ın silahlı qanadının saytı Rusiya hostinqinə keçib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

HƏMAS-ın silahlı qanadının saytı Rusiya hostinqi ilə fəaliyyətə keçib.

Bu, qruplaşmanın İsrailə hücumundan dörd gün sonra baş verib.

HƏMAS-ın yaraqlı qanadı olan Əl-Qəssam Briqadalarının internet saytı oktyabrın 7-dən, təşkilatın İsrailə hücum etdiyi gündən müxtəlif çətinliklərlə açılır.

 Oktyabrın 11-dən etibarən bu domen bir neçə fərqli IP ünvanından istifadə etməyə başlayıb. “Insikt Group” özəl kəşfiyyat şirkətinin əməkdaşlarının sözlərinə görə, bu, resursu bloklamaq və xidmətdən imtina (DoS) hücumlarından qorumaq üçün edilib.

Xüsusilə, oktyabrın 11-də HƏMAS-ın hərbi qanadının saytı Rusiyanın IP ünvanına və “Hosting Technologies” şirkətinin hostinqinə keçib. Bundan əvvəl “alqassam.ps” iki ildən artıq idi ki, Ukrayna IP ünvanından açılırdı (lakin hazırda açılmır).

Həmçinin, oktyabrın 15-də HƏMAS silahlılarının saytı da eyni vaxtda Livan və Panamadakı şirkətlərin İP ünvanlarından istifadə etməyə başlayıb.

Mənbə: meduza.io

Share: