İsrail hərbçiləri ötən gün Qəzza zolağına yenidən hava zərbəsi endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Hərbi Qüvvələri məlumat yayıb.
Bildirilib ki, nəticədə HƏMAS təşkilatının üç komandiri zərərsizləşdirilib. Onlar Qəzzada Daraj Tuffa batalyonunda fəaliyyət göstəriblər. Bu batalyon isə HƏMAS-ın strukturunda ən mühüm briqadadır.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.