Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdə olaraq, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq – 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna baş çəkiblər.
Xəsarət alan uşağın bundan sonrakı müalicəsində, eyni zamanda üz nahiyəsində müəyyən əməliyyatlara ehtiyac olduğu halda RİİB tərəfdən dəstək göstəriləcəyi bildirilib.
Xatırladaq ki, küçədə itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb.
Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayandan sonra ölüb. Təcili Xocasən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib. (report)