Heydər Əliyev tariximizin ən böyük vətənpərvəridir

Heydər Əliyev tariximizin ən böyük vətənpərvəridir

 

Hər bir körpəyə, hər bir şagirdə və gəncə millət, vətən, insanlığa hörmət sevgisi aşılamaq, onlarda vətənpərvərlik, milli iftixar hissi tərbiyə etmək bizim borcumuzdur. Elə etmək lazımdır ki, Ümummilli liderimiz Heydər Əliyevin çox lakonik ifadə etdiyi kimi, hər bir vətəndaşımız Azərbaycanlı olmaqları ilə fəxr etsinlər. Onlar elə bir pak, təmiz, ülvi və müqəddəs amallara istiqamətləndirilməlidirlər ki, insanlığın vahid bir orqanizm olduğunu duya bilib, bu orqanizmin ən kiçik üzvünün ağrı-acisini başa düşə bilsinlər,vətənin bütövlüyü ,millətin səadəti naminə heç bir çətinlikdən və məhrumiyyətlərdən cəkinməsinlər.Vətənin hər qarış torpağı uğrunda canından keçməyə hazır olsunlar.Mən hər bir kəsdə vətənpərlik hisslərini oyadan misralarla fikrimi davam etdirirəm :
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.(M.Araz)
Bu misralar hər bir Azərbaycanlının həyat,fəaliyyət amalına çevrilməlidir. Vətən,vətənpərvərlik hisslərindən danışanda dilimizdə yanlız bir ad dolaşır:Heydər Əliyev!Dahi rəhbərimiz ömrünün bütün anlarında vətən,xalq sevgisindən uzaq olmamış,qəlbi daim gənclik eşqi ilə alışıb yanmışdır.Hər zaman azərbaycanlı olması ilə fəxr edən Ulu öndərimiz həyatının böyük hissəsini vətəninə,xalqına,torpağına həsr etmişdir.

El bilir ki,sən mənimsən,
Yurdum.yuvam,məskənimsən,
Anam doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan,Azərbaycan!
Heydər Əliyev bu şeiri çox sevirdi.Çünki bu şeirdəki fikirləri daxilən yaşayırdı.Dahi rəhbərimiz deyirdi:”Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm,bundan sonra da bu yolla gedəcəyəm,başqa yolum yoxdur.Vətənə,xalqıma,millətimə məhəbbət,müstəqil Azərbaycan dövlətinə,Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır,məzmunudur”.Böyük şəxsiyyətlər həmişə öz taleyini deyil,xalqının,vətəninin gələcəyini düşünürlər.Dünya siyasətinin nəhəng simalarından olan H.Əliyev də öz xalqını düşünən,ürəkdən sevən,bu yolda hər an canından keçməyə hazır olan lider idi.Ulu öndərin bu qiymətli ifadələri hər birimizin həyatımızın mənası və məramı olmalıdır:”Heç vaxt fikirləşməyin ki,vətən bizə nə verib.Həmişə öz-özünüzdən soruşun ki,siz vətən üçün nə etmişsiniz?”.Millətini,xalqını sonsuz məhəbbətlə sevən H.Əliyev bütün ömrü boyu belə bir məfkurə ilə yaşadı,azad,müstəqil,qüdrətli,demokratik Azərbaycan dövlətini qurdu,bizə ərmağan etdi. Mən şüurlu həyatımın hər anında ulu öndərin,onun ideyalarının cazibəsi altında olmuşam.Dərslərimdə bu böyük şəxsiyyətin ölməz irsi,inqilabi çıxışları,aforizmlərindən nümunə gətirərək şagirdlərin biliklərinin zənginləşməsinə yardımçı oluram.Heydər Əliyevin həyatı,dühası,rəhbərlik istedadı mənim üçün əvəzedilməz məktəbdir.Ən böyük azərbaycanlı olan H.Əliyev dünyaya yanlız xalq üçün,onun səadətə yetişməsi üçün gəlmişdi.O,sözün həqiqi mənasında Azərbaycanla yaşayırdı,Azərbaycanla nəfəs alırdı.Ümummilli vəzifələri hər şeydən uca tutan,bu yolda canını və qanını ,beynini və təfəkkürünü əsirgəməyən alovlu vətənpərvər bütün sahələr üzrə minimal bilik və vərdişlərə sahib olan insanlar yetişdirilməsi üçün var qüvvəsini əsirgəmədi,cəmiyyəti görünməmiş miqyasda irəli apardı,dünyanı bizə,bizi dünyaya tanıtdı.
Dahi liderimiz bu gün aramızda yoxdur.Lakin müstəqil Azərbaycan dövləti, onun çiçəklənən iqtisadiyyatı rəhbərin bizə əmanət qoyub getdiyi sərvətdir.Bu əmanət isə möhkəm əllərdədir-Prezident İlham Əliyev yeni-yeni uğurlara imza atır,dünya miqyasında tanınır,tarixin ən böyük vətənpərvəri olan atasının böyük uzaqgörənliklə müəyyən etdiyi strategiyanı qətiyyətlə davam etdirir.Heydər Əliyev azərbaycanlı olmağı ilə həmişə fəxr edib. Xalqımız da dünyaya Ulu Öndər kimibir dahi bəxş etdiyi üçün qürur hissi keçirir.Dünyada heç bir lider Ulu Öndərimiz kimi xalqını sevməyib.Biz vətəni,xalqı sevməyi ümummilli liderimizdən öyrənmişik.Şagirdlərimi Heydər Əliyev kursuna sədaqət ruhunda yetişdirdiyimə görə xoşbəxtəm.

Məhbubə Şahbazova,
Masallı rayonu,
Bədəlan kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini

Share: