“Heydər Əliyev və Azərbaycan dili” kitabı nəşr olundu

“Heydər Əliyev və Azərbaycan dili” kitabı nəşr olundu

Dövlət Tərcümə Mərkəzi müasir Azərbaycanın qurucusu, mənəvi atası, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndərin Azərbaycan dilinə və ədəbiyyatına sevgisini, diqqət və qayğısını, dilimizin saflığının qorunub saxlanılması və inkişafı uğrunda göstərdiyi müstəsna tarixi xidmətlərini əks etdirən “Heydər Əliyev və Azərbaycan dili” kitabını ərsəyə gətirib.

Kulis.az xəbər verir ki, Dövlət başçısının Azərbaycan dilinin milli dəyər kimi qorunub saxlanılması, dövlət dili statusunun qanunvericilikdə təsbit olunması, işləkliyi və tətbiqi əhatəsinin genişlənməsi istiqamətində imzaladığı fərman və sərəncamlarla yanaşı, müxtəlif görüşlərdə, tədbir və mərasimlərdə dil və ədəbiyyat haqqında səsləndirdiyi fikirləri, nitq və çıxışları toplanmış kitab “Heydər Əliyev Azərbaycan dili haqqında”, “Azərbaycan dili rəsmi sənədlərdə”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı fəsillər, eləcə də siyasi xadimin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən zəngin “Fotoalbom” la təqdim edilib.

Nəşrin layihə rəhbəri və ön sözünün müəllifi Xalq yazıçısı Afaq Məsud, redaktoru Yaşar Əliyevdir.

Share: