“Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik”

“Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik”

“Cümhuriyyətimizin 100-cü ilini qeyd edəcəyimiz 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” olaraq qəbul edilməsindən məmnunluq duyuruq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında söyləyib.

“Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik”, – deyən Türkiyə Prezidenti ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatını bu sözlərlə yekunlaşdırıb:

“Rəbbim birliyimizi, bərabərliyimizi əbədi etsin! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”.


Share: