Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün etdikləri yalnız bir dahinin uzaqgörən siyasəti, fitri istedadı, dövlətçilik bacarığı və qabiliyyəti, milli ənənələrə sadiqliyi sayəsində ola bilərdi.
Azərbaycanlı olması ilə daim fəxr edən və xalqımı canımdan çox sevirəm,-deyən dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyini də onun siyasi irsinin dəyərli varisi və dövlətçilik ənənələrinin layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qədirbilən xalqımız ilboyu təntənəli şəkildə qeyd edib və etməkdədir. Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Təhsil, idman və sağlam gənclik” mövzusunda növbəti tədbirlərdən biri Xaçmaz rayonu, Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbində keçirilib. Tədbir himnimizin sədaları altında altında başlayıb. Səhidlərimizin xatirəsinə sayğı duruşu nümayiş etdirilib. Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən video-çarxda tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin şəxsiyyəti və misilsiz dövlətçilik təcrübəsi haqqında geniş məlumat aliblar.
Tədbirin təşkilatçıları Şəhid Osmanov Orxan Adına Şah CüDo İdman klubunun rəhbəri, peşəkar idmançı Faiq Şahzadə və “Liliya” Tədris Mərkəzinin təsisçisi və rəhbəri, təcrübəli psixoloq-pedaqoq Təranə Məmmədova çıxışlarında Ulu öndər Heydər Əliyev irsinin məktəblilərə aşılanmasında bu cür tədbirlərin əhəmiyyətindən bəhs ediblər.
Cüdo üzrə Şimal-Şərq regionun baş məşqçisi İgrar İsmayılov, əməkdar jurnalist, Qarabağ müharibəsi veteranı, Xaçmazlı Döyüşçülər: “44 günlük savaşın 444 cəngavəri” üçcildliyinin müəllifi Əntiqə Qonaq,
Xaçmaz rayonu, Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktoru İbrahim İbrahimov, direktor müavini Mahir İsgəndərov, dil ədəbiyyat müəllimi Xatirə Ağaliyeva, Azərbaycan Respublikası Qarabağ Əlillərinə Qayğı ictimai birliyinin Xaçmaz rayon şöbəsinin sədri, Qarabağ müharibəsi veterani Aydın Fətiyev Fetiyev, mədəniyyət işçisi Elvin Agayev Qarabağ müharibəsi veteranlarından Aydın Ağabalayev və Zaur Kələntərov çıxışlarında ən çox vətənpərvərlik və gəncliyin düzgün yetişdirilməsində təhsilin əhəmiyyəti mövzusuna toxunublar. Məktəblilər vətənpərvərlik, Zəfər tariximiz barədə şeirlər səsləndirib, mahnılar oxuyublar.
Tədbirdə həmçinin şəhid valideynləri və ailə üzvləri, qazilər, müharibə iştirakçıları, o cümlədən məktəbin müəllim və şagird kollektivi iştirak edib. Maraqlı sual-cavab və diskussiya şəklində keçirilən tədbirdə şagirdlər daha fəal iştirak ediblər. Sonda fəallara Şah Cudo idman klubunun Təşəkkürnamələri təqdim olunub.