Heydər Əliyev Fondu – yeni tariximizin qürur yeri – Səlim Babullaoğlu

Heydər Əliyev Fondu – yeni tariximizin qürur yeri – Səlim Babullaoğlu

 

Tarixə müstəqil və çağdaş Azərbaycanın qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmış Heydər Əliyev Fondunun 20 yaşı tamam olur.
Çağdaş tariximizin hansı səhifəsini vərəqləsən, inkişaf etməkdə olan ölkəmizin hansı səmtinə, ölkə həyatının hansı sferasına göz yetirsən hökmən Heydər Əliyev Fondunun gördüşü işləri: ucaldılan maddi və mənəvi abidləri, tikilən məktəbləri, restavrasiya edilən və ya abadlaşdırılan qədim, yeni sarayları, muzeyləri, məscidləri, kilsələri, məntəqələri, salınan park və yaşıllıqları, yüksək səviyyədə keçirilən müxtəlif yerli və beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirlərini, festivalları, təhsil alımış gəncləri, həyatı xilas olmuş tanınmış və sıravi vətəndaşları, böyük xeyirxah amalı görmək olar.
Fəaliyyəti boyu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və başqa sahələrdə gerçəkləşdirilən saysız-sonsuz layihələr Heydər Əliyev Fondunu yeni tariximizin qürur yerinə çevirir.
Heydər Əliyev Fondunun bu yubileyi münasibətlə ilk növbədə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse prezidenti, Azərbaycanın birinci xanımı çox hörmətli Mehriban xanım Əliyevanı təbrik edir, Mehriban xanıma yorulmazlıq, can sağlığı, şəxsinə və rəhbərliyi altında çalışan komandaya yeni-yeni uğurlar arzu edirəm.

Səmimiyyət və ehtiramla,

Səlim Babullaoğlu
şair,
Azərbaycan Yazıçılar Birliyinin katibi

Share: