Məlumata görə Mahaçqalanın ən görkəmli yerində nəzərdə tutulan Ümummilli liderimiz Heydər Əliyevin əzəmətli heykəli səbrlə dayanıb, gözləyir… Heykəl gülür… Ona çəpər tutanlara, maneə olanlara baxıb gülür…
Erməni katalikosu Birinci Qarekin “Kilsə və erməni diasporu” kitabında yazır: “Livanın erməni icması erməni diasporunun ən sanballı hissəsidir. Livan və Suriya Qərb ermənilərinin böyük bir “hissəsinin soyqırımından sonra rahatlıq və sığınacaq tapdıqları ölkələrdir…” (Yerevan. 1999-cu il). Əslində erməni diasporunun yaratdıqları müdafiə birliyi yeni məsələ deyildi. Buna qədər 1991-ci ildə Avropada (Mərkəzi Moskva, Afina, Roma, London, Marsel), 1993-cü ilin sentyabr ayının 16-28-i arsında Asiyada (mərkəzi Dehli, Tehran, Əbu-Dəbi, Tokio olmaqla), 1996-cı ilin noyabr ayının 24-ü, dekabr ayının 16-sı arasında Afrikada (mərkəzi Misir, Rabat, Əlcəzair olmaqla) 1997-ci il iyul ayının 26-da Amerikada (mərkəzi Florida, Los-Anceles, Vaşinqton, Buenos-Ajres, Ottava, Karakas olmaqla)… eləcə də şərqi Avropada – 1998-ci ildə (mərkəzi Buxarest, Praqa olmaqla) Budapeşt erməni diaspounun “Müdafiə birlikləri” yarandı. Və bu birliklərin – mərkəzlərin də bir qismi rəsmi qaydada xeyriyyə təşkilatları kimi qeydiyyatdan keçdi. Dünya isə Azərbaycana və ümumən türk xalqlarına qarşı 869 irili-xırdalı erməni təşkilatı var. Xeyriyyəçilik adı altında fəaliyyət göstərən bu hərbi siyasi, strateji qurumların maliyyə yardımları, proqram və sənədləri, dünyaya “diplomatik” çıxışları bilavasitə aşağıdakı erməni diaspor mərkəzləri tərəfindən, necə deyərlər, tənzimlənir, qaydaya salınır. (Bu təşkilatları ötən son 50 ildə 48 min adda irili-xırdalı kitab əldə edilib.
- a) Erməni Katolik Kilsəsi (dünyanın 56 ölkəsində mərkəzi var. 2023-cü ilin iyun ayının 4-dən Xankəndində özəyi yaradıldı);
- b) Amerikanın Erməni Assambleyası (iyirmi iki ştatı əhatə edir. 2023-cü ilin iyul ayının 14-də Dağlıq Qarabağda Mərkəzi yaradıldı);
- v) Erməni Hüquqçular Assambleyası (Avropa ölkələri üzrə);
- q) Erməni Ümumdünya Yevankelist Şurası (Avropa ölkələri üzrə);
- d) Erməni Ümumi Xeyiyyə İttifaqı (mərkəzi Nyu-York, London, 2022-ci ilin iyul ayının 29-da Dağlıq Qarabağda şöbəsi yaradıldı);
- z) Amerikanın Erməni Missioner Assosiasiyası (MDB ölkələri istiqamətində. 2022-ci ilin avqust ayının 3-də Dağlıq Qarabağ yaradıldı);
- j) Amerikanın Erməni Milli Komitəsi;
- l) Humanitar yardım göstərilməsi üzrə Şimali Amerika Erməni Cəmiyyəti. (DQ-da 2022-ci il martın 3-də yaradılıb);
- m) Erməni Apostol Kilsəsinin Şərqi Yeporxiyası;
- o) Vartan cəngavərləri (2023-cü ildə DQ-da rəsmi deqal qaydada fəaliyyət başladı);
ö) Erməni Apostol Kilsəsinin Şərqi Yepiskopal İdarəsi;
- p) Erməni Apostol Kilsəsinin Qərbi Yepiskopal İdarəsi;
Həmçinin 2023-cü il yanvar ayının 7-də təşkilatların imzası ilə ABŞ “administrasiyasına”, eks-prezident Uilyam Klintonun adına Dağlıq Qarabağla əlaqədar ciddi bir məktub da göndərilmişdi. Məktub kiçik bir redaktə ilə ABŞ-ın yeni prezidentinin adına göndərilir. Məktubda yazılır: “…Cənab Prezident!.. Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnun alternativi yoxdur. Əsas hüququ seçmək azadlığı olmadan möhkəm sülh ola bilməz. Özünə bu hüququ DQ – xalqı ağlasığmaz qurbanlar bahasına qazanmışdır (?). Birləşmiş Ştatlar bu əsas hüquqdan dincliklə istifadə etməyə çalışan Qarabağ xalqının tərəfində durmalıdır.
Məhz həmin prinsiplə Birləşmiş Ştatlar köhnə xətt tutan, Qoşunlara qarşı iqtisadi bliokadanı genişləndirən və müntəzəm surətdə dəstəkləyən, birliyə kömək etməyən, Ermənistan və Dağlıq Qarabağ xalqının başına olmazın müsibətlər gətirən, irqçilik şüarlarından istifadə edən Azərbaycan hökumətinə haqq qazandırmalıdır. ABŞ konqresi Azərbaycan hökuməti tərəfindən təcavüz siyasətinin əleyhinə olduğunu bütöv bir sıra hallarda birləşdirmişdir. Hökumət Konqresin tutduğu prinsipial mövqeyi dəstəkləməlidir… Azərbaycana və regionun başqa ölkələrinə demək lazımdır ki, Dağlıq Qarabağın təhlükəsizliyi üçün yeganə təminat onun öz gələcəyini seçmək hüququdur…”
Araşdırmalarımız zamanı bu da aydın olub ki, Azərbaycanın müxalifətdə dayanan siyasi liderlərindən, ayrı-ayrı qrup və təşkilatlardan, cəmiyyət və qruplardan ermənilərdən fərqli olaraq, heç bir tutarlı sənəd göndərilməyib.
Onu da qeyd edək ki, Amerikaya köçüb gedən və daimi yaşamaq üçün (90-cı illərdə) Amerika vətəndaşlığını qəbul edən ermənilərin sayı 80 min nəfər idi. 2022-ci ildə isə bu rəqəm 650-750 min nəfər olub. Bu da Ermənistan əhalisinin 21 faizini təşkil edir.
2023-cü ilin fevral ayının 24-də “Beynəlxalq erməni diasporu” özünün Dəməşqdə yığıncağını keçirtdi. Və qərara alındı ki, “Müdafiə birliyi”nin ayrıca Parisdə, Beyrutda, Tehranda, Moskvada, Vaşinqtonda, Bakıda… bank hesabları açılsın, əlavə maliyyə yardım fondları yaradılsın. Və həmin yardım fondlarından biri də, Moskvada, Həştərxanda… Azərbaycandan köçüb getmiş erməni birliklərində təşkil olundu (“Araz” erməni fondu).
2001-ci ilin birinci üç ayı ərzində ABŞ-ın “Lokxid”, “Rejytson”, “Hortron”, eləcə də Fransanın “Dacco”, Almaniyanın “Simens”, “Dil”… eləcə də İranın “Akopyan firmasında, Rusiyanın “Suxoy” hərbi sənaye komplekslərində çalışan 68 nəfər erməni “Müdafiə birliyi”nin Leon bankına üst-üstə 447 min ABŞ dolları həcmində vəsait köçürüblər.
Diasporun liderlərindən olan Talo Şahbazyan Fransada çap olunan “Krua” (“Xaç”) axşam qəzetinə verdiyi müsahibəsində göstərir: “…Əqidəsindən və tutduğu mövqeyindən asılı olmayaraq, hər bir erməni hər bir hər hansı bir ölkədə gəzərkən o, hiss etməlidir ki, öz həmvətənləri, öz qardaş və bacıları tərəfindən müdafiə olunur. Biz artıq dünya erməni disporunda qəbul olunan bir faktı ənənəvi fakta çevirdik;
– hər üç ermənidən biri öz dostlarından və qohum-əqrəbalarından yardım alır. Hər beş ermənidən biri isə dövlət və hökumətdən (yerli) yardım alır. Biz indi “Müdafiə birliyi”nin hərbi qanadlarını, erməni təhlükəsizliyini təmin edən müdafiə sistemini yaradırıq…”
T.Şahbzyanın fikrincə, dünyada… (?) xüsusən Zaqafqaziyada erməni torpaqlarını (?) “azad etmək” üçün… cavanlar vuruşmaq istəyir. Və buna görə də həmin cavanların bir qrupu silahla “işləmək” (onun öz ifadəsidir) qaydalarını, döyüş strategiya və taktikalarını öyrənmək üçün “Müdafiə birlik”lərinə daxil olacaqlar.
…MDB çərçivəsində isə hələlik “Beynəlxalq erməni diasporu”nun “Müdafiə Birliyi” öz əlaqələrini ləzgi diasporu ilə qurmaqda görür.
Vaxtilə eks-prezident Ter-Petrosyanın yanında ekspert kimi tanınan Xaçik Alekseyeviç Surencyan 2022-ci ilin oktyabr ayının 4-dən Mahaçqalada və Dərbənddə yerləşdirilmiş “Araz” erməni diasporuna başçılıq edir.
Araşdırma materiallarına görə “Araz” erməni diasporunun başçılığı, ümummilli liderimiz Heydər Əliyevin heykəlinin qoyulmasına mane oldu. Bu da yeni erməni həyasızlığı… Biz isə yatmışıq…
Şimali Qafqazda, xüsusən Dağıstan ərazisində özəklərini yaradan və bilavasitə “Beynəlxalq erməni diasporu” tərəfindən maliyyələşdirilən “Müdafiə birliyi” özünün hərbi qanadını yaradarkən radikal “Sadval”çılara arxayın idilər. Çünki Dağıstanda, ümumən RF-də altı leqal, səkkiz qeyri-leqal separatçı təşkilat – mərkəz fəaliyyət görtərir. Rusiya MH-nin Baş Kəşfiyyat İdarəsində, eləcə də digər xüsusi xidmət orqanları və güc nazirliklərində adları, ünvanları qeyd olunan bu təşkilatlara isə münasibət hələ ki, açıqlanmır.
Rövşən Novruzoğlu Vəlizadə,
Beynəlxalq Terrorizmə və Korrupsiyaya
Qarşı Mübarizə Strateji Araşdırmalar
Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə
fəlsəfə doktoru, professor, politoloq