Hind qızı 4-cü arvad olmaq ücün müsəlman oğlana razılıq verdi,məhkəmə qərar çıxardı..

İslamı qəbul etdiyinə görə hinduist valideynlərinin ev dustağı etdiyi 26 yaşlı Şamu Xan  3 arvadı olan müsəlman kişiyə qovuşmaq üçün bütün çətinliklərə dözüb…
Hindistanda məhkəmə müsəlmanlığı qəbul etdiyinə görə öz qızlarını ev dustağı etmiş  daha bir hinduist ailəsinin işinə son  nöqtə qoyub. Müstəqil.az yazır ki, bu haqda İndia.com nəşri xəbər yayıb.
Müsəlman olmamışdan öncə adı Şiva Parixar olan Şamu Xan adlı  hind qızını  heç bir şərt və qadağalar İslamı qəbul edərək sevdiyi müsəlmana – Cabalpur sakini Şamim Xana ərə getməkdən çəkindirə bilməyib. Ancaq 26 yaşlı qızın doğmaları onu hinduizm dininə qaytarmaq üçün  əllərindən gələni etməyə qərar verərək Şamunu məhkəməsiz-filansız ev dustağı  ediblər. Bunu bilən Şamim  həyat yoldaşını qeyri-qanuni  dustaqlıqdan xilas etmək üçün  məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Şamu da gizli şəkildə məhkəməyə müraciət ünvanlayıb.  Hakim bu macəranın bütün iştirakçılarını ifadə vermək üçün  məhkəməyə çağırıb. Məhkəmədə prokuror bildirib ki,  ixtisasca dərzi olan  Şamimin artıq üç arvadı var və  4-cü arvad olmaq Şamu üçün asan olmayacaq. Lakin ixtisasca  kompüter proqramçısı olan hind qız bu iddiaları rədd edərək bildirib ki, o, İslamı şüurlu şəkildə qəbul edib və  üç arvadı olmasına rəğmən müsəlman Şamim ilə yaşamağa hazırdır. Bundan sonra  məhkəmənin  hind qızı ilə müsəlman oğlanın qovuşmasına razılıq vermək və Şamanın hinduist valideynlərinin iddialarını rədd etməkdən savayı yolu qalmayıb.
P.S. Xatırladaq ki,  hinduizm- Hind yarımadasında yaşayan yеrli əhalinin mənsub olduğu dindir. Qərblilər bu xalqın dinini ifadə еtmək üçün onların daha çox Hind çayının ətrafında yaşamalarını nəzərə alaraq onlara bu cür müraciət еtmişlər. Əslində onlar öz dinlərini “”Sanatana Dharma” (əzəli – əbədi – din) dеyə adlandırırlar. Еhtimal olunur ki, bu dinin tarixi е.ə. 2000-ci ilə qədər gеdib çatır.
Bu dində İslama, təkallahlılığa zidd olan bir sıra məqamlar vardır. Hinduizmə görə, bəziləri Tanrını əzabvеrici bir qüdrət, bəziləri isə onu müqəddəs sеvginin qaynağı olaraq hеsab еdir. Lakin hamısı dе еyni nəticəyə gəlib çıxır. Hinduizmdə tanrılar üçləmə daxilində izah olunur. Brahma – yaradıcı, Vişnu – qoruyucu, Şiva – isə yoxеdici Tanrıdır. Amma bu dində üçləmə tanrı – aləm birliyi (pantеizm) olmaqla təktanrı inancı da var. Məsələn, Riqvеdada bеlə bir cümlə işlənir: “Tanrı birdir. Hakimlər onu müxtəlif şəkillərdə adlandırırlar”.
Share: