Hindistan savaşa hazırlaşır: Orduya icazə verildi

Hindistan savaşa hazırlaşır: Orduya icazə verildi

Hindistan hökuməti 15 gün ərzində döyüş əməliyyatlarını aparmaq üçün lazım olan silah-sursat ehtiyatlarını artırıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə “Tayms of İndia” qəzeti məlumat yayıb.

“Şərqi Ladaxda baş verə biləcək Hindistan-Çin hərbi qarşıdurması şəraitində Hindistan ordusuna silah-sursat ehtiyatlarını 15-I səviyyəsinə qədər artırmaq icazəsi verilib. 15-l səviyyəli silah ehtiyatı iki cəbhə üzrə – Çin və Pakistana qarşı 15 gün ərzində intensiv döyüş əməliyyatlarının aparılmasını nəzərdə tutur. Silahlar xarici və Hindistan istehsalçılarından alınacaq”, – məlumatda bildirilir.

Müstəqil.Az 

Share: