Hindistan və Çin öz sərhədlərindəki uzun müddətdir hökm sürən vəziyyəti təcili şəkildə həll etməlidirlər.
xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi Amerikanın “Newsweek” nəşrinə müsahibəsində deyib.
“Hindistan üçün Çinlə əlaqələr mühüm və əhəmiyyətlidir. Hesab edirəm ki, sərhədlərimizdəki vəziyyəti təcili həll etməliyik ki, ikitərəfli əlaqələrdə qeyri-normal vəziyyət geridə qalsın”, – Modi qeyd edib.
Hindistan və Çin 3800 km-lik sərhədi bölüşür, bunun çox hissəsi zəif demarkasiya olunub, Bu səbəbdən iki ölkə arasında 1962-ci ildə müharibə baş verib.