Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, adı çəkilən gəmi İndoneziyaya çatanda kapitanda virusun simptomları olub.
Yüksək qızdırmadan və təngnəfəslikdən şikayət edən kapitanın test nəticəsi pozitiv çıxıb.
Hindistan vətəndaşından ibarət olan heyətin qalan 23 üzvündən də analiz nümunələri götürülüb. Hazırda onlardan dördü karantinə alınıb.
Gəmidə yükdaşıma əməliyyatları müvafiq təhlükəsizlik tədbirlərinə uyğun olaraq davam etdirilir.
Müstəqil.Az