Hindistanda 30 metr “uçan” inək kişini öldürdü

Hindistanda 30 metr “uçan” inək kişini öldürdü

Hindistanda Şivdayal Şarma adlı şəxs Alvarda dəmiryol xəttinə yaxın yerdə dayanan zaman başına inək düşüb.

Belə ki, sürətlə hərəkət edən qatar dəmiryolunda dayanan inəyi vurub. Zərbə o qədər güclü olub ki, inəyi 30 metr qabağa atıb. Zərblə gələn heyvan 82 yaşlı kişinin başına düşərək onun ölümünə səbəb olub.

Sözügedən bölgədə qatarın heyvanları vurması ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Bunun qarşısını almaq üçün dəmiryolu boyu hasar çəkməyi planlaşdırırlar.

Mənbə: Daily Star

Share: