Hindistanda 80-dən çox şəxs saxta spirtli içkidən ölüb

Hindistanda 80-dən çox şəxs saxta spirtli içkidən ölüb

Hindistanın Bihar əyalətində bir neçə gün ərzində 80-ə yaxın insan saxta alkoqollu içkinin qurbanı olub.

Məlumata görə, onlar saxta likör içiblər.

Ən çox belə hal 74 nəfərin öldüyü Saran rayonunda, daha 6 nəfər qonşu Şivan, 2 nəfərin ölümü isə Bequsarayda qeydə alınıb.

Bildirilib ki, saxta məhsullar digər ştatlardan – Uttar Pradeş və Haryanadan gətirilib.

Ölkənin Milli İnsan Hüquqları Komissiyası faciə ilə bağlı Bihar hökumətinə və əyalət polis rəisinə bildirişlər göndərib.

Mənbə: lenta.ru

Share: