Hindistanda azı 20 nəfər saxta spirtli içkidən ölüb

Hindistanda azı 20 nəfər saxta spirtli içkidən ölüb

Hindistanın Bihar ştatında son sutka ərzində saxta spirtli içkidən istifadə nəticəsində azı 20 nəfər ölüb, daha 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Məlumata görə, saxta spirtli içkilər Motihari şəhərinə cümə günü gətirilib. Ölənlərin sayının artacağı gözlənilir.

Qeyd edək ki, Bihar 2016-cı ilin aprelində rəsmi olaraq “içkisiz” ştat elan edilib. Burada spirtli içkilərin istehsalı, satışı və istehlakına tam qadağa qoyulub.

Mənbə: TASS

Share: