Hindistanda hökumətin təşkil etdiyi mükafatlandırma mərasimi zamanı 11 nəfər istidən ölüb.
Maharaştrada keçirilən tədbirdə sosial fəal Dattatreya Narayan Dharmadhikarini mükafat alması münasibətilə təbrik etmək üçün yüz minlərlə insan iştirak edib. Bundan başqa, səhnədən çıxış edənlər arasında hökumətin birinci şəxsləri də olub. Lakin bayram tədbiri faciə ilə başa çatıb.
İstilər səbəbindən 11 nəfər günvurmadan ölüb, yüzlərlə insan susuzluqdan və yüksək təzyiqdən şikayət edərək həkimə müraciət edib.
Keçmiş baş nazir Uddhav Tekkerey hadisənin düzgün planlaşdırılmadığını söylədi və polisi araşdırma başlatmağa çağırıb.
Ölənlərin ailələrinə 6 min dollar təzminat veriləcəyi bildirilib.
Mənbə: gazeta.ru