Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hindistanın Haryana ştatında gəlin toydan sonra pul və zinət əşyalarını götürərək evdən qaçıb.
Gəlini bəyin atası, Bilaspur kənd sakini Aşok Kumar tapıb. O, kiçik oğlunu evləndirmək istəyib və dostunun məsləhəti ilə “aradüzəldənə” müraciət edib. Onun təklif etdiyi Priti adlı qız kasıb ailədən olub. Lakin Kumar bunu problem etməyib. O, cehiz istəməyəcəyini vəd edib və qızın qohumlarına maddi yardım edib.
“Rəsmi toy mərasimindən sonra mən yeni gəlinimlə evə qayıtdım. Toy da gecəyə kimi davam etdi, səhər isə oğlum işə getdi. Bundan sonra Priti yoxa çıxdı”, – deyə bəyin atası Aşok Kumar bildirib.
Qız qaçandan sonra Kumar evdə saxlanan qiymətli əşyaları yoxlayıb və orada 150 min rupi (təxminən 3 min manat – red.) çatmadığını görüb. Bundan əlavə, bəzi zinət əşyaları da yoxa çıxıb.
O, baş verənlər barədə “aradüzəldənə” danışanda o, Priti ilə əlaqə saxlamağa çalışacağına söz verib. Bundan sonra onun tanışı Kumarı hədələməyə başlayıb.
Sonda həmin Kumar polisə müraciət edib. İndi hüquq-mühafizə orqanları qaçan qızı axtarır. Bundan başqa, “aradüzəldən” qadın və onun tanışı da qanunu pozmaqda şübhəli bilinirlər.
Mənbə: Lenta.ru