Hindistanda mindən çox insan evləndiyi üçün həbs edilib

Hindistanda mindən çox insan evləndiyi üçün həbs edilib

Hindistanın şimal-şərqindəki Assam əyalətində polis azyaşlılarla evlənmək və uşaq toyları təşkil etməkdə ittiham olunan 1039 nəfəri həbs edib.

Məlumata görə, həbslər 1929-cu ildə qəbul edilmiş Uşaq Nikahını Məhdudlaşdırma Aktının pozulmasına qarşı aparılan kampaniyanın bir hissəsidir.

Bildirilir ki, yetkinlik yaşına çatmayanların nikahı və uşaq toylarında şübhəli bilinərək həbs edilənlərin sayı arta bilər.

Qeyd olunur ki, Assam ştatında uşaq nikahı qanununu pozduqları üçün son 5 ildə 3907 nəfər həbs edilib, onlardan 3319-u uşaqlara qarşı cinsi zorakılıqda ittiham olunub. Həbs olunanlar arasında uşaqların toylarında iştirak edən keşişlər də var.

Mənbə: TASS

Share: