Hindistanın Odişa əyalətində qatar və yük qatarının toqquşması nəticəsində sərnişin ekspressinin 8 vaqonu relsdən çıxıb.
“Qafqazinfo” “Hindustan Times”a istinadən xəbər verir ki, qəza yerli vaxtla saat 19:20 radələrində Bahanaga Bazaar stansiyası yaxınlığında baş verib.
Nəşrin məlumatına görə, hadisə nəticəsində azı 50 nəfərin ölüb, 179 nəfər yaralanıb.
***
Hindistanın Odişa ştatında sərnişin və yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 70-ə çatıb.
Odişa ştatının baş katibinin sözlərinə görə, insident nəticəsində 500-dən çox insan xəsarət alıb.