Haneşedəı fil başlı Tanrıya həsr olunmuş bayram zamanı 11 nəfərdən çox şəxs həlak olub.
Xəbəri “Hindistan Times” yayıb.
İnsident sentyabrın 13-də, cümə günü, səhər saatlarında Madhya-Pradeş ştatının Bhopal şəhərində baş verib. Hindlilər Haneşa-çaturthi (Haneş festivalı) üçün vacib bir ayini yerinə yetirmək – tanrının gil heykəlini suya buraxmaq üçün göldə qayıqlarla üzürmüşlər.
Bu zaman qayıqlardan biri çevrilib. Suya düşən sərnişinlər ikinci qayığa qalxmaq istəyəndə o da tarazlığını saxlaya bilməyib, böyrü üstə çönüb. Hadisə yerinə gələn xilasedicilər 6 nəfəri xilas ediblər. On bir nəfərin isə meyiti sudan çıxarılıb. Həlak olanların yaşları 15-30 arasında dəyişir. Qayıqda cəm 19 nəfər olub, itənlərin axtarışları davam etdirilir.
Qayıqları idarə edən şəxslərə qarşı ehtiyatsızlıq üzündən başqalarının ölümünə səbəb olma ittihamı üzrə cinayət işi qaldırılıb.
Haneşa-çaturtxi təqvimdən asılı olaraq, bəzən avqust, bəzən də sentyabr ayına təsadüf edir. Bayram 10 gün çəkir. Bu zaman hər yerdə Haneşanın gil heykəlləri qoyulur, bayramın son günü isə heykəli suda batırırlar ki, o, “daim suların qoynunda yuyuna bilsin”.